16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Kamal Abdulla şagirdlərə mühazirə oxuyacaq
Tarix: 14-09-2018 12:38 | Bölmə: Xəbərlər
Kamal Abdulla şagirdlərə mühazirə oxuyacaq

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ənənəsinə sadiq qalaraq, ötən illərdə olduğu kimi bu il də 15 Sentyabr - Bilik günündə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq.

Yeni tədris ilində akademik K. Abdullanın mühazirə oxuyacağı məktəb Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbəsindəki 295 saylı orta məktəbdir. Yaxın gələcəkdə reallaşacaq bir neçə proyektin gerçəkləşməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 saylı orta məktəb həm maddi texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətlərlə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib.

Akademik Kamal Abdullanın mühazirəsi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}