16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əfsanəvi boksçu rinqə qayıdır
Tarix: 15-09-2018 21:26 | Bölmə: Xəbərlər
Əfsanəvi boksçu rinqə qayıdır

Məşhur amerikalı boksçu Floyd Meyvezer 2018-ci ildə filippinli Menni Pakyao ilə döyüşəcəyini xəbər verib.

Reyting.az
bildirir ki, Meyvezer 2015-ci ilin may ayında Las-Veqasda hakimlərin yekdil qərarı ilə Pakyaoya qalib gəlib.

Biletlərin reallaşmasından əldə edilən gəlir 77 milyon 198 min 500 dollar olub və bu boks döyüşü üçün yeni rekord məbləğdir. Qarşılaşmanın pullu yayımından da böyük məbləğ yığılıb. Meyvezer-Pakyao qarşılaşmasının ümumi gəliri 500 milyon dollar təşkil edib.

“Mən bu il Menni Pakyao ilə döyüşmək üçün qayıdıram. Daha bir doqquzrəqəmli məbləğdə gəlirli döyüş gəlir”, - amerikalı özünün Instagram səhifəsində yazıb.

Floyd Meyvezer sonuncu dəfə rinqə 2017-ci ilin avqust ayında çıxıb və İrlandiyadan olan qarışıq üslublu döyüşçü Konora Makqreqora qalib gəlib. Pakyao 2018-ci ilin iyulunda argentinalı Lukas Matissedən üstün olub. Bu onun professional rinqdə 60-cı (39-u nokautla) qələbəsi idi.

39 yaşlı Menni Pakyao peşəkar rinqdə 69 döyüş keçirib: 60 qələbə, 7 məğlubiyyət və 2 heç-heçə.

41 yaşlı Floyd Meyvezer 50 professional döyüşün hamısından qalib ayrılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}