Keçmiş deputat Rza İbadov Bakıya qayıdıb
Tarix: 17-09-2018 12:47 | Bölmə: Xəbərlər
Keçmiş deputat Rza İbadov Bakıya qayıdıb

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov yenidən Bakıya gəlib.

Modern.az saytının məlumatına görə, Rza İbadov 2-3 gün öncə Bakıda gəzərkən görünüb. Onun Azərbaycana səfərinin şəxsi xarakter daşıdığı bildirilir.

Rza İbadovun özü ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}