Orta məktəblərdə pul yığmağa başlayıblar
Tarix: 17-09-2018 14:10 | Bölmə: Xəbərlər
Orta məktəblərdə pul yığmağa başlayıblar

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib. İclasda ümumtəhsil müəssisələrində vəziyyətlə bağlı bəyanat qəbul olunub.

ALDP-nin Mətbuat Xidmətindən Reyting.az-a göndərilən bəyanatda deyilir:

Təhsil Nazirliyi hər il bəyan edir ki, ümumtəhsil müəssisələrində şagirdlərdən pul yığılmır, bütün məktəblər kitablarla təmin olunub. Amma tədris ilinin ilk günlərindən məlum olur ki, məktəblərdə kitablar şagirdlərə çatmır. Kitablar pulsuz verilməlidir, amma buna baxmayaraq, müəllimlər kitab çatmayan şagirdin valideyninə “gedin, bazardan alın”,- mesasjını verirlər”.

Bəyanatda qeyd olunur ki, Müəllimlər Günü ilə bağlı şagirdlərdən indidən pul yığılır: “Dərs ilinin yeni başlamasına baxmayaraq artıq valideyn iclasları keçirilir. Çox təəssüflər olsun ki, bu iclaslar valideynlərə Müəllimlər Gününə hazırlıqla bağlı bir xəbərdarlılqdır”.

Bəyanatda bildirilir ki, orta məktəblərdə pul yığımaları davam edir: “Fond pulu, test pulu prosesinə də indidən start verilib”.

ALDP bəyan edir ki, bu neqativ halların qarşısını almaqdan ötrü Təhsil Nazirliyi məktəblərdə monitorinqlər aparmalı, təhsil şöbələrinin müdirləri ilə intensiv görüşlər keçirməli, valideynləri “soyan” məktəb direktorları üzə çıxarılmalı və cəzalanmalıdırlar.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər