Tanınmış alim sabiq sədr əvəzinin həbsini istəyir
Tarix: 18-09-2018 14:46 | Bölmə: Xəbərlər
Tanınmış alim  sabiq sədr əvəzinin həbsini istəyir

Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini 2014-cü ildən müvəqqəti icra edən, kollektivdəki qalmaqalları ilə gündəmi zəbt etmiş Vəli Hüseynov qanunsuz hərəkətlərinə və bu postda etimadı doğrultmadığına görə vəzifəsindən çıxarılıb. Hazırda onu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, Prezident yanında Ali Attestasiya Komissiyasının İqtisadi elmlər üzrə Ekspert Şurasının sədri, professor Famil Mustafayev əvəzləyir.

Onu da qeyd edək ki, Vəli Hüseynovun qanunsuz hərəkətləri barədə Reyting.az saytına, «Təzadlar» qəzetinə və digər KİV-lərə çoxsaylı şikayətlər daxil olurdu.

Tanınmış alim  sabiq sədr əvəzinin həbsini istəyir
Vəli Hüseynov

Hətta Prezident yanında Ali Attestasiya Komissiyasının İqtisadi elmlər üzrə Ekspert Şurasının 4 üzvü, tanınmış professorlar Prezident İlham Əliyevə müraciət etməli oldular. Onlar iddia edirdilər ki, Vəli Hüseynovun özünün doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində görünməmiş ciddi qanun pozuntularına yol verilib, doktorluq dissertasiyası qeyri-legitimdir. Ardınca isə bir qrup alim yazdı ki, əgər Vəli Hüseynovun doktorluq və professor diplomları legitim deyildirsə və qanunsuz yolla əldə edilmişdirsə, deməli, Vəli Hüseynovun AMEA-nın müxbir üzvlüyü də legitim deyildir, o, bu statusdan məhrum edilməlidir və s.

Tanınmış alim, AMEA-nın müxbir üzvü Şahbaz Muradov da Vəli Hüseynovun “əməllərindən” danışıb.

Reyting.az-ın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, «Şöhrət» ordenli, iqtisad elmləri doktoru Şahbaz Muradov «Təzadlar»a deyib ki, Vəli Hüseynov AAK-ı sözün əsl mənasında bazara çevirmişdi:

“İlk növbədə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, Vəli Hüseynovun AAK-dakı erasına son qoydu. Çünki Vəli Hüseynov elmimizin inkişafı ilə məşğul olan bir quruma rəhbərliyi dövründə oranı sözün əsl mənasında bazara çevirmiş, layiq olmayan şəxsləri, xüsusən də rəsmi vəzifə daşıyan adamları doktorluq diplomları ilə «təchiz» edirdi”.
Şahbaz Muradov bildirib ki, AAK-ın sədri vəzifəsinin prinsipiallığı və obyektivliyi ilə seçilən professor Famil Mustafayevə həvalə olunması müsbət hadisədir:

“İnanıram ki, Famil Mustafayevin səmərəli fəaliyyəti ilə Prezident yanında Ali Attestasiya Komissiyasının Vəli Hüseynovun dövründə itirilmiş nüfuzu bərpa olunacaq. Yeni sədrə bu sahədə uğurlar arzulayıram.

İndi bir məsələ məni narahat edir. Öyrəndim ki, Vəli Hüseynov hələ də Prezident yanında Ali Attestasiya Komissiyasında fəaliyyətini davam etdirir. Heç bir çərçivəyə sığmayan əməlləri ilə AAK-ı hörmətsiz etmiş, qalmaqallarla gündəmdə saxlamış, əsil alimləri süründürməçilyə düçar etmiş Vəli Hüseynov hansı mənəvi haqla hələ də bu kollektivdə qalır? Düşünürəm ki, Vəli Hüseynovun Prezident yanında Ali Attestasiya Komissiyasında qalması, hansısa vəzifədə saxlanılması elmimizə həqarətdir, alimlərimizi təhqir etməkdir. Odur ki, Prezident yanında Ali Attestasiya Komissiyasının rəhbərliyindən də xahişim budur ki, Vəli Hüseynovun burada qalması AAK-ın nüfuzuna balta çalmaq deməkdir, onun AAK-dan birdəfəlik kənarlaşdırılması üçün lazımi qərarlar qəbul edilməlidir. Komissiya yaradılaraq onun fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Komissiya ilk növbədə indiyədək Vəli Hüseynov tərəfindən nə qədər insana qanunsuz əsaslarla elmlər namizədi, doktorluq və professor diplomlarının verildiyi siyahıya alınmalı, onun əməlinə hüquqi qiymət verilməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər