14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Telman İsmayılovun sürücüsü saxlanılıb - Səbəb
Tarix: 20-09-2018 09:51 | Bölmə: Xəbərlər
Telman İsmayılovun sürücüsü saxlanılıb

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun keçmiş sürücüsü Vladimir Qusakov 2004-cü ildə müğənni Avraam Russonun oğurlanması işi üzrə saxlanılıb.

“Məhkəməyə Qusakovun həbsə alınması haqqında vəsatət məhkəməyə daxil olub. Sentyabrın 19-da vəsatətə baxılacaq”, - Reyting.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda Moskvanın Basmannı məhkəməsinin mətbuat katibi Yunona Tsareva məlumat verib.

Digər mənbənin məlumatına görə, Qusakov bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam oğurluğu, həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə ittiham olunur.

İstintaq müəyyən edib ki, cinayətdə minimum 7 nəfər iştirak edib. Buna qədər iş üzrə İsmayılovun bacısı oğlu, “Praqa” restoranının keçmiş baş direktoru Zaur Mərdanov saxlanılıb.

İstintaqın versiyasına görə, 2004-cü il yanvar ayının sonunda Telman İsmayılov bir zaman konsertlərini maliyyələşdirdiyi, müğənni və biznesmen arasındakı münaqişəyə görə sonradan əməkdaşlığın dayandırıldığı Avraam Russonun oğurlanması planını hazırlayıb. İstintaq hesab edir ki, bu planın reallaşması üçün cənab İsmayılov Zaur Mərdanovu cəlb edib, o da öz növbəsində ətrafından istintaqın müəyyənləşdirmədiyi 5 yardımçı götürüb.

İsmayılov bütün ittihamları təkzib edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}