16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Etimad İsmayılovun qətlinin səbəbləri açılır
Tarix: 20-09-2018 22:02 | Bölmə: Xəbərlər
Etimad İsmayılovun qətlinin səbəbləri açılır

Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla bağlı hadisənin səbəblərinə aydınlıq gətirilib.

Cinayəti törədən digər azərbaycanlı iş adamı Gözəl Dəmirov ilkin ifadəsində təhdid edildiyini və bu səbəbdən silaha əl ataraq, Etimaddan daha öncə davrandığını bildirib.

G. Dəmirov ifadəsində bildirib ki, Etimad İsmayılovla aralarındakı mübahisə şəriklik etdikləri şirkətin səhmlərinin 4 milyon dollar dəyərindəki 2 faizlik hissəsinin Gözəlin adına keçirilməməsiylə bağlıymış.

Dəmirov bu səhmlərin köçürülməsinin gecikməsinə görə İsmayılov tərəfindən təhdid edildiyi üçün müdafiə məqsədi ilə birinci davrandığını bildirib.

Xatırladaq ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğludur.

Qeyd edək ki, Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov ehtiyatda olan polis polkovnikidir. O, hadisəni Etimad ismayılovun Floryadakı ofisində törədib. (Haber Türk)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}