Komitə sədri birincilərlə görüşüb - Foto
Tarix: 22-09-2018 15:11 | Bölmə: Xəbərlər
Komitə sədri birincilərlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il ilk dəfə orta məktəbə gedən övladları üçün Dövlət Komitəsinə ekskursiya təşkil olunub.

Komitənin mətbuat xidməti xəbər verir ki, valideynləri ilə birgə işə gələn balacalar onların iş otağı, kollektiv və rəhbərliklə tanış olub. Balacalar Dövlət Komitəsinin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyib, onlara Komitənin fəaliyyəti barədə informasiya verilib.

Daha sonra birincilər Dövlət Komitəsinin sədri ilə görüşüb. Balacaları məktəb həyatına başlamaları münasibətilə təbrik edən Komitə rəhbərliyi onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.

Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

Komitə sədri birincilərlə görüşüb

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}