Əkiz bacılar eyni gündə ana oldular - Fotolar
Tarix: 23-09-2018 19:51 | Bölmə: Xəbərlər
Əkiz bacılar eyni gündə ana oldular

ABŞ-da yaşayan əkiz bacılar Calinn Krouford və Ceynal Leopoldo eyni gündə, iki saat fərqlə oğlan uşağı dünyaya gətiriblər.

Reyting.az
bildirir ki, “Daily Mail”in xəbərinə görə, buna qədər hər iki qızın hamilə qalmaqla bağlı çətinlikləri olub.

Onlardan birinə “sonsuzluq” diqanozu qoyulub, ikincisinin bir neçə dəfə hamiləliyi pozulub.

Müxtəlif ştatlarda (Calinn Arizonada, Ceynel Kaliforniyada” yaşayan bacılar hamilə qaldıqlarını demək olar eyni vaxtda, bir neçə gün fərqlə öyrəniblər.

Hər ikisinin hamilə qalmaq müddəti üst-üstə düşdüyündən müayinə zamanı hər ikisinin oğlan uşağı dünyaya gətirəcəkləri məlum olub.

Nəticədə bacılar eyni gündə eyni xəstəxanada, qonşu palatalarda yataraq uşaq doğublar. Oğlanlara Brayson və Ceys adları verilib

Əkiz bacılar eyni gündə ana oldular
Əkiz bacılar eyni gündə ana oldular




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}