15:43 / 21-10-2018
Sabah yağış yağacaq
Bizi istəməyən qüvvələr aranı qatmağa çalışırlar: Siyavuş Novruzov
Tarix: 12-10-2018 12:56 | Bölmə: Siyasət
Bizi istəməyən qüvvələr aranı qatmağa çalışırlar: Siyavuş Novruzov

“Biz xarici siyasət məsələləri ilə bağlı həssas olmalıyıq. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətləri tənzimlədi. Bu gün bu siyasət uğurla davam etdirilir. Təbii ki, bizi istəməyən qüvvələr aranı qatmağa çalışırlar”.

Reyting.az bildirir ki, bunu Milli Məclisin oktyabrın 12-də keçirilən ilasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Rusiyada ayrı-ayrı deputatların fikirləri rus xalqının, dövlətinin mövqeyi ola bilməz.

“Onlar bu cür fikirlər söyləməklə ermənilərin diqqətini çəkməyə çalışırlar. Bir müddət əvvəl, İranda da bir neçə nəfər ortaya düşmüşdü, onlar da Azərbaycana qarşı aranı qatmaqla məşğul idilər. Bütün bu məsələlər dövlət səviyyəsində tənzimlənir”, - Siyavuş Novruzov deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-10-2018, 20:23 Paşinyan istefa verdi