Gürcüstanda prezident seçkilərinin ilkin qalibi qadındır - Seçki ikinci tura qalır - Yenilənib
Tarix: 28-10-2018 22:09 | Bölmə: Siyasət
Gürcüstanda prezident seçkilərinin ilkin qalibi qadındır - Seçki ikinci tura qalır

Gürcüstanda prezident seçkiləri ilə bağlı səslərin sayılması davam edir. Seçkilərin ilkin nəticəsinə görə, daha çox səs alan müstəqil namizəd Salome Zurabişvilidir.

“Exit-pol”un nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 52,3 faiz səsini toplayıb.

İkinci yerdə 28,1 faiz səslə Qriqol Vaşadze, üçüncü yerdə isə 9,2 faiz səslə David Bakradzedir.

Qeyd edək ki, Salome Zurabişvili prezident seçilərsə, Cənubi Qafqazda ilk xanım dövlət başçısı olacaq.

****

Gürcüstanda prezident seçkilərinin ikinci turu ola bilər.

Bunu Gürcüstan parlamentinin sədri, hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze brifinqdə deyib.

O bildirib ki, seçkilərdə Salome Zurabişvili qalib gəlsə də, bu saata olan məlumatlara əsasən, ikinci turun olacaq:

“Səslərin sayılması prosesi davam edir. Bizə protokolların məlumatları daxil olur. 1000 seçki məntəqəsi üzrə səslər sayılıb. Lider Salome Zurabişvilidir. Bu mərhələdə aydındır ki, ikinci tur olacaq və Salome Zurabişvili və Qriqol Vaşadze həmin turda iştirak edəcəklər. Bu, 1000 seçki məntəqəsi üzrə məlumatların əsasında məlum olub”.

İ. Kobaxidze hakim komandanın S. Zurabişvilinin ikinci turda qələbəsinə əmin olduğunu qeyd edib.

Bundan əvvəl Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilmiş səsvermədə prezidentliyə müxalif namizədin liderlik etdiyi açıqlanmışdı.

***

Gürcüstandakı prezident seçkiləri üzrə bu ölkənin Azərbaycandakı səfirliyində yaradılan iki seçki məntəqəsi üzrə səslər sayılıb. Reyting.az “Report”a istinadən xəbər verir ki, nəticələrə əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze daha çox səs qazanıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilmiş protokollara əsasən, Bakıdakı 5 saylı seçki məntəqəsində Q. Vaşadzeyə 36, Salome Zurabişviliyə isə 12 səs verilib. Altı saylı seçki məntəqəsində isə Q. Vaşadze və S. Zurabişvili müvafiq olaraq 17 və 14 səs toplayıblar.

Xatırladaq ki, Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi fəaliyyət göstərib. Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır.

Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib.

***

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.

Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}