Trampın pərəstişkarı Braziliyanın prezidenti seçildi - Foto
Tarix: 29-10-2018 15:23 | Bölmə: Siyasət
Trampın pərəstişkarı Braziliyanın prezidenti seçildi

Braziliyanın yeni prezidenti ultrasağçı siyasətçi Jair Bolsonaru seçilib.

Reyting.az
xəbər verir ki, oktyabrın 28-də keçirilən ikinci turda o, solçu Əməkçilər Partiyasının namizədi Fernandu Addad üzərində qalib gəlib.

Bolsonaru səslərin 55,2 faizini, onun rəqibi isə 44,8 faizini toplayıb.

Siyasətçi qələbədən sonra həvtənələrinə müraciətində demokratiya prinsiplərinə əməl edəcəyini, ölkəni İncil və Konstitusiyaya uyğun olaraq idarə edəcəyinə söz verib.

Trampın pərəstişkarı Braziliyanın prezidenti seçildi

O əlavə edib ki, ölkənin hərəkət istiqamətini dəyişmək istəyir: “Sosializmlə, kommunizmlə, populizmlə və sol ekstremizmlə davam etmək olmaz. Biz Braziliyanın taleyini dəyişdirəcəyik”.

“Reuters” qeyd edir ki, Braziliya dövlətinin yeni başçısı ABŞ prezidenti Donald Trampın pərəstişkarıdır. Onu dəfərlərlə “Braziliyanın Trampı” da adlandırıblar.

Yeni prezidentin inauqurasiyası 2019-cu il yanvarın 1-nə planlaşdırılıb.

Braziliyada prezident 4 ildsən bir seçilir. Hazırda bu postu Mişel Telmer tutur. O, 2016-cı ilin avqust ayında Dilme Rusefin impiçmentindən sonra dövlət başçısı olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}