23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı - Fotolar
Tarix: 06-11-2018 16:02 | Bölmə: Siyasət
Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

“Gürcü arzusu” müxalifət seçkilərdə qələbə qazanarsa, sabitliyin pozulacağını istisna etmir

Gürcüstanda keçirilən prezident seçkilərinin birinci turunda hakim partiyanın namizədinin qələbəsi təmin olunmadı. “Gürcü arzusu” partiyasında iddia edirlər ki, əgər ikinci turda müxalifətin namizədi qalib gələrsə, ölkədə sabitlyin pozulması qaçılmaz ola bilər.

Reyting.az xəbər verir ki, Gütcüstanda prezident seçkiləri oktyabrın 28-də keçirilib.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili 38,64, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.

Seçkilərdə qalib gəlməkdən ötrü seçicilərin 50 faizdən çoxunun səsini toplamağa ehtiyac var. Zurabişvili və Vaşadze bu baryeri keçə bilmədikləri üçün ikinci tur təyin olunub.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin son nəticələrini noyabrın 17-dən gec olmayaraq açıqlayacaq. Dekabrın 2-dək isə səsvermənin ikinci turu keçirilməlidir.

“Gürcü arzusu” partiyasından deputat Qedevan Popxadze çox kəskin bəyanat verərək deyib ki, müxalifətin qələbəsi vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

“Əgər Vaşadze seçkiləri udarsa, nəzəri baxımdan Gürcüstanda vətəndaş müharibəsinin başlanması olacaq”, - Popxadze jurnalistlərlə söhbətində deyib.

“Revanş əhval-ruhiyyəsi hökm sürür və “Milli hərəkat”ın qarşısında duran vəzifədir. Onlar hakimiyyətə gəlsələr, Merabişvili, Axalaya buraxılacaqlar, Saakaşvilini gətirəcəklər, bunların hamısı sonra siyasi opponentlərin məhvinə yönəldiləcək. Siyasi opponentlər Saakaşvili, onun siyasi reanimasiyası üçün problemdir”, - Qedevan Popxadze vurğulayıb.

Bu fikirlə “Vətənpərvərlər ittifaqı” fraksiyasının deputatı Qeorqi Lomiya da razıdır. Lakin onun sözlərinə görə, partiya “Gürcü arzusu”nun seçkilərdə Salome Zurabişvili dəstəkləməsindən razı deyil.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

Qeyd etmək lazımdır ki, “Vətənpərvərlər ittifaqı” partiyası prezident seçkilərində öz namizədini müəyyənləşdirməyib. İkinci tur təyin olunandan sonra bu partiya salome Zurabişvilini dəstəkləyəcəyini elan edib.

“Biz vətəndaş müharibəsi ilə üz-üzəyik. Biz qan axıdılmasına yol verməməliyik, ona görə hər şeyi etməliyik ki, “Milli hərəkat” qalib gəlməsin... Əgər “Milli hərəkat”ın namizədi prezident kürsüsündə oturarsa, 2020-ci ildə koalisiya hökuməti yaradılacaq, bu halda “Milli hərəkat” çoxluq təşkil edəcək. Baxmayaraq ki, “Gürcü arzusu”nun təqdim etdiyi namizədi bizim seçicilərin dəstəkləyəcəyi hətta çətin olsa da, bu presedentə yol verməməliyik. “Gürcü arzusu” öz əleyhinə işləyib və bu nankorluğu xalq ona bağışlamayacaq”, - Lomiya söyləyib.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

Müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin rəhbəri İrakli Sesiaşvili daha da irəli gedib. O da deyib ki, ölkəni satqınlardan, əzabkeşlərdən və insana nifrət edənlərdən müdafiə etmək üçün birinci əsgər olmağa hazırdır.

“Gürcü arzusu”nun deputatı hesab edir ki, Qriqol Vaşadzenin prezident seçkilərində qələbəsi sabitliyin pozulmasına səbəb olacaq. Onun sözlərinə görə, Vaşadze həbsxanadan əzabkeşləri buraxmağa hazırlaşır.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

“Milli hərəkat” Saakaşvilisi, Vaşadzesi və birləşmiş müaxlifəti ilə bəyan edir ki, biz qalib gəlməliyik. Onlar xalqa birbaşa deyirlər ki, biz bu seçkilərdə qalib gəlib hakimiyyəti dəyişəcəyik. Əgər konstitusiyada prezidentin səlahiyyətlərinə baxsaq, görərik ki, prezidentin bunun üçün heç bir səlahiyyəti yoxdur.

Demək olar ki, prezident vəzifəsi simvolik xarakterlidir və onun rolu yalnız böhran dövründə müəyyən edilir, bu da formal olur. Saakaşvili hakimiyyətə inqilab ssenarisindən başqa heç bir yolla qayıda bilməz. Əgər bu əzabkeşlər buraxacaqlarsa, fon yaradacaqlar ki, hakimiyyəti dəyişmək lazımdır, bu, təbii ki, inqilabi yolla mümkündür, bu onlara sərf edir. Gərgin vəziyyətdə iqtisadiyyat zəifləyəcək, bura investisiyaların gəlməsi dayanacaq.

Gürcüstanda vətəndaş müharibəsi xəbərdarlığı

Biznesmenə nə zaman Saakaşvilinin adını deyirsən, o dərhal öz biznesini satıb ölkədən qaçmaq istəyir. Bu şəraitdə, gərgin proseslər başlasa, əgər hətta heç bir vəzifədə olmasam da, bu ölkəni satqınlardan, əzabkeşlərdən və insana nifrət edənlərdən qorumaq üçün birinci əsgər kimi savaşacağam.

Bizim tərəfdarlarımızın çoxu seçkilərə getməyib, onlar qələbəyə çox inanırdılar. İndi vəziyyət dəyişib, xalq real şəkildə gördü ki, “Milli hərəkat”ın planlarının arxasında nələr dayanır. Bu vəziyyətdə əminəm ki, biz qələbəyə nail olacağıq”, - Sesiaşvili vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}