Ermənistanın Almaniyadakı səfiri “qanuni oğrularla” əlaqədə şübhəli bilinir - Fotolar
Tarix: 07-11-2018 16:35 | Bölmə: Siyasət
Ermənistanın Almaniyadakı səfiri “qanuni oğrularla” əlaqədə şübhəli bilinir

Almaniyanın cinayət polisinin federal idarəsinin Qafqaz regionundan olan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı araşdırdığı materiallarda Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyan və tanınmış boksçular Artur Abrahama (Abrahamyan) və Karo Muratın da adları keçir.

Reyting.az bildirir ki, bu barədə “Der Spiegel” və Mitteldeutscher Rundfunk ictimai televiziya və radio verilişləri şirkəti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının adları çəkilən şəxslərin "erməni mafiyası" ilə əli olması barədə inandırıcı sübut tapması hələlik mümkün olmayıb.
Bundan əvvəl yayılan məlumata görə, cinayət polisinin federal idarəsi Almaniyanın torpaq polis idarələri ilə birlikdə ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplaşma üzvlərinin saxlanılması üçün 3 il ərzində FATIL - Fight against thieves in law (“Qanuni oğrularla mübarizə”) kod adlı gizli əməliyyatlar keçirir.

Almaniyanın hüquq-mühafizə orqanlarına araşdırmada BND federal kəşfiyyat xidməti və Avropol da dəstək verir.

Cinayət polisinin federal idarəsi bu zaman araşdırma iştirakçılarına Ermənistanın Almaniyadakı diplomatik missiyasının yardımını qəbul etməyi məsləhət görməyib. Çünki Ermənistanın dövlət strukturlarının “qanuni oğrular”la əlaqəsi istisna olunmur. “Qanunçular”ın adları açıqlanmır.

Ermənistanın Almaniyadakı səfiri “qanuni oğrularla” əlaqədə şübhəli bilinir

Almaniyanın hüquq-mühafizə orqanları müəyyən ediblər ki, erməni əsillilərin mütəşəkkil cinayətkar qruplaşması bu ölkədə “güclü şəbəkə” yaradıb. Lakin sübutlar yetərincə olmadığından şübhəliləri həbs etmək mümkün deyil.

Erməni cinayətkar qruplaşmaları Almaniya polisinin diqqətini qruplaşmanın iki iştirakçısı arasında 2014-cü ildə Erfurtdakı atışmadan sonra cəlb edib. O zaman Ermənistanın 27 və 54 yaşlı iki vətəndaşı yaralanıb.

Əməliyyat çərçivəsində 14 cinayət işi qaldırılıb. 42 nəfərə qarşı araşdırma başlayıb, onlar “çirkli pul yuyulmasında” şübhəli bilinir.

Materiallarda Almaniyada yaşayan boksçular Artur Abraham və Karo Muratın adları keçsə də, lakin hüquq-mühafizə orqanları hələ ki onlara və digər şübhəlilələrə qarşı inandırıcı dəlillər tapa bilmir.

Almaniya KİV-ləri onu da qeyd edir ki, 2018-ci ilin mart ayında Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyan Tyurinqiya torpağı polisinin rəisi (paytaxtı atışmanın baş verdiyi Erfrutdur) ilə görüşüb və erməni cinayətkar qruplaşmalarının fəaliyyətinin üstünün açılması üçün yardım təklif edib.

Ermənistanın Almaniyadakı səfiri “qanuni oğrularla” əlaqədə şübhəli bilinir

Cinayət polisinin federal idarəsi həmkarlarına səfirlə mafiya qruplarının və Ermənkistan hakimiyyətinin mümkün qovuşmalarına görə əməkdaşlığı məsləhət görməyib.

KİV-lərdəki məlumata görə, hüquq-mühafizə orqanlarında 2015-ci ildə prezident Serj Sərkisyanın fərmanı ilə təyin olunan səfirin mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəsinin olmasında şübhələr yaranıb, ancaq bunun üçün də sübut tapılmayıb.

Smbatyan 2008-ci ildə səfirliyin əməkdaşı olanda, Federal kəşfiyyat xidməti onu qaçaqmalçılıqda şübhəli bilib. Bu iş üzrə də kifayət qədər dəlil tapılmayıb, araşdırma dayandırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}