23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir - Fotolar
Tarix: 15-11-2018 10:32 | Bölmə: Siyasət
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.

Reyting.az-a komitədən verilən məluata görə, nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiya¬sının icraçı direktoru Nensi Selfric ilə görüşüb.

Görüş zamanı Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

***

Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluqda keçirilən görüşdə Kaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan anlaşma memorandumunun əhəmiyyəti vurğulanıb.

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.

****

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirilib.

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.

Keçirilən görüşlərdə Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}