23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Əli Kərimli və daha bir neçə AXCP üzvü hakim qarşısına çıxarılacaq - İttiham
Tarix: 18-11-2018 09:33 | Bölmə: Siyasət
Əli Kərimli və daha bir neçə AXCP üzvü hakim qarşısına çıxarılacaq

Noyabrın 17-i, saat 15 radələrində Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında qarşıdurma baş verib.

Nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən də Cəmil Həsənli sərbəst buraxılıblar.

Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Saxlanılan arasında AXCP sədri Əli Kərimli də var. O, iki maddə üzrə ittiham olunur.

Reyting.az saytı "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ə. Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham olunur və bu gün məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlbetmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}