Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər - Fotolar
Tarix: 27-11-2018 23:18 | Bölmə: Siyasət
Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Rusiya Federasiyası Buryatiya Respublikasının paytaxtı – Ulan-Ude şəhərindəki Xalqlar Dostluğu evinin akt zalında Buryatiya Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təsis konfransı keçirilib.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Reyting.az bildirir ki, bu barədə AZRU Rusiya Azərbaycanlılarının Vahid İnformasiya Portalı xəbər verir.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Konfransda Ulan-Ude şəhəri və Buryatiyanın digər regionlarındakı azərbaycanlı icmalarını təmsil edən 80-dən artıq nümayəndə, həmçinin Xural – yerli qanunvericilik məclisinin deputatları, Buryatiya başçısı administrasiyası, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcə konfransın işçi orqanları, iclasın sədri və katibi, səslərin hesablanmasına məsul şəxs seçilib.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

İclasın sədri, Buryatiyanın azərbaycanlı icmasının görkəmli nümayəndəsi, Respublika İctimai Palatası 1-ci çağırışının üzvü Nəriman Nağıyev, yerli azərbaycanlı icmasının fəal funksioneri Sahib Quliyev, son illər Buryatiyada olduqca aktiv fəaliyyəti ilə tanınan Azərbaycanlı Gənclər Birliyinin sədri Təbriz Əliyev, Ulan-Ude şəhəri azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Zakir Abasov, Buryatiyanın Kabanski rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Amid Gənciyev, Buryatiyanın Selenqa rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri İsa Teymurov, Buryatiyanın Biçura rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Mahir Həsənov, Buryatiyanın Muxorşibir rayonu azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri Fəxrəddin Mərdanov və başqaları çıxışlarında Buryatiya Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin yaradılmasını təklif ediblər. Onlar qeyd etdilər ki, bunun üçün yetərincə zərurət yaranıb və məhz muxtariyyət azərbaycanlı icmasının həmrəyliyi üçün ən qanuna uyğun forması və gələcək uğurlu fəaliyyətin davamlı əsasıdır.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Bildirildiyinə görə, konfransa toplaşan azərbaycanlılar uzun illər aktiv ictimai fəaliyyətlə məşğul olanlar, millətlərarası münasibətlər, mədəniyyət, idman, təhsil və gənclərlə bağlı layihələr sahələrində bir sıra uğurlu tədbirlərin təşəbbüskarı və təşkilatçılarıdırlar ki, onlar hər zaman yerli azərbaycanlı icmasının ən fəal üzvləri və aparıcı qüvvəsi olaraq qalmaqda davam edirlər.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Buryatiya Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin yaradılması yekdilliklə qəbul edildikdən sonra təşkilatın Nizamnaməsi və rəmzləri, qurumun 3 ilik səlahiyyəti olan 9 nəfərdən ibarət idarə heyəti təsdiq edilib. Buryatiya Azərbaycanlılarının RMMM prezidenti vəzifəsinə Balamirzə Əhədov, İdarə Heyətinin sədri vəzifəsinə isə Nəriman Nağıyev seçiliblər.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Təşkilatın yeni seçilən rəhbərləri çıxışlarında göstərdikləri yüksək etimada görə konfrans iştirakçılarına təşəkkürlərini ifadə edərək bundan sonra da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində millətlərarası sülh və vətəndaş həmrəyliyi, Azərbaycan xalqının zəngin milli-mədəni irsinin Buryatiyada layiqli təmsil edilməsi, Rusiya və Azərbaycan arasında dostluq və xoş qonşuluq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsinə hərtərəfli dəstək naminə sıx şəkildə çalışaraq quruculuq fəaliyyətinin aparılmasının önəmliyini vurğulayıblar.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Təsis konfransının sonunda Ədliyyə Nazirliyi idarəsinin baş mütəxəssisi İrina Naumenko iclasın Rusiya qanunvericiliyinə tam uyğun şəkildə aparıldığını təsdiqləyərək heç bir qanun pozuntusunun baş vermədiyini bildirib ki, bu da öz növbəsində yeni yaradılmış təşkilatın dövlət qeydiyyatından keçməsinə heç bir maneənin olmaması deməkdir.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Konfransda qonaq qismində iştirak edənlər – Xural deputatları Sergey Doroş və Bair Tsırenov, Buryatiya Başçısı Administrasiyası millətlərarası münasibətlər komitəsinin şöbə müdiri Aleksey Qıpılov, DİN nümayəndəsi, polis kapitanı Vasiliy Yaşinov, Rusiya Azərbaycanlıları Vahid İnformasiya Portalının baş redaktoru, jurnalist, ictimai xadim, politoloq Roman Ağayev Buryatiya azərbaycanlılarının quruculuq fəaliyyəti, onların millətlərarası sülhün və sabitliyin qorunmasına verdiyi tövhələr, azərbaycanlı gənclərin olduqca aktivliyindən danışaraq yenicə yaradılmış təşkilata uğurlar dilədilər, onun rəhbərliyini seçilməsi münasibətilə təbrik etdilər və əminliklə bildirdilər ki, Buryatiya azərbaycanlılarını öz ətrafında birləşdirən vahid bir qurum - Regional Milli-Mədəni Muxtariyyət çoxşahəli və cəmiyyət üçün faydalı və əhəmiyyətli layihələrə imza atacaq.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Bununla da Buryatiya azərbaycanlılarının həyatında yeni mərhələni özündə ehtiva edən Buryatiya Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təsis konfransı uğurla işini sona çatdırıb.

Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər
Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər
Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər
Rusiyada azərbaycanlılar muxtariyyat təsis ediblər

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}