Zaxarova separatçı rejim başçısının Rusiyaya səfərinə haqq qazandırdı
Tarix: 30-11-2018 16:52 | Bölmə: Siyasət
Zaxarova separatçı rejim başçısının Rusiyaya səfərinə haqq qazandırdı

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyanın Rusiyaya gəlməsinə Moskva rəsmi səfər kimi baxır.

Reyting.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə Azərbaycanın kütləvi informasiya vasitələrindən birinin jurnalistinin sorğusuna cavab olaraq bəyan edib.

“Bu səfərə özəldən başqa kimi nəzərdən keçirilə bilməz. Onun statusu göz qabağındadır”, - Zaxarova vurğulayıb.

O qeyd edib ki, Saakyanın səfəri Rusiya qanunverciliyinə zidd deyil.

Zaxarovanın fikrincə, Azərbaycan tərəfinin Rusiya tərəfinə bununla bağlı iddiaları əsassızdır.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}