Ermənistanda idarəçilik sistemi dəyişir? - Paşinyan
Tarix: 02-12-2018 12:26 | Bölmə: Siyasət
Ermənistanda idarəçilik sistemi dəyişir?

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan ölkənin yenidən prezident idarəçilik sisteminə qayıda biləcəyini istisna etməyib. TASS agentliyi xəbər verir ki, bunu o, bu gün Sisyan şəhərində keçirilən “Mınim addımım” blokunun seçkiqabağı mitinqində bildirib.

“Əgər parlament üsul-idarəsinin prezident idarəçilik sisteminə əvəzlənməsinin labüdlüyünə əmin olsaq, bizə heç nə mane olmur, sizin razılığınızla bunu edəcəyik”, - Paşinyan mitinqə toplaşanlara deyib.

O həmçinin əlavə edib ki, konstitusiyada dəyişilməsi mütləq olan bəzi maddələr var. “Konstitusiyamızda belə bir maddə var ki, deputat və nazir olmaq üçün şəxs son 4 il ərzində yalnız Ermənistan vətəndaşı olmalı və ölkə ərazisində yaşamalıdır. Deputatlarla bağlı bu müddəa özünü doğruldur, lakin nazirlərə gəlincə, imkan vermir ki, diasporun potensialından istifadə edək”, - Paşinyan mövqeyini izah edib.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib