Berlində Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub
Tarix: 22-12-2018 18:24 | Bölmə: Siyasət
Berlində Dünya Azərbaycanlılarının Həmrəylik  günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə dekabrın 21-də Berlin şəhərində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib.

Reyting.az-a komitədən verilən xəbərə görə, tədbirdə Azərbaycanın Almani¬yadakı Səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsində verdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın Almaniyadakı səfirliyinə öz təşəkkürünü bildirib. Yaşar Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.

Tədbirdə Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Son iclas” bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən “Son iclas” filmi tədbirdə nümayiş olunub və xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunan azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçı-larına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}