Lukaşenko özünə varis tapa bilmir: Oğlanları prezident olmaq istəmirlər
Tarix: 22-02-2019 20:42 | Bölmə: Siyasət
Lukaşenko özünə varis tapa bilmir: Oğlanları prezident olmaq istəmirlər

Belarusun lideri Aleksandr Lukaşenko fevralın 22-də bəyan edib ki, onun 3 oğlunun heç biri prezident olmaq istəmirlər.

“Oğlanlarımın hamısı prezident olmaq istəmirlər”, - Reyting.az Belarus mətbuatına istinadən bildirir ki, Lukaşenko Hərbi akademiyanın kursantları, dinləyiciləri və professor-müəllim heyəti ilə görüşdə söyləyib.

Dövlət başçısının sözlərinə görə, prezident həyatını anlamaq üçün, onu yaşamaq lazımdır, anca bunu heç kim arzulamır.

Lukaşenko öz qrafikini fövqəladə gərgin adlandırmayıb, ancaq qeyd edib ki, qayğı, əlbəttə, yetərincədir.

“Administrasiyanın rəhbəri prezidentin gündəlik iş qragikini tərtib edir, əgər hansısa problemi aydınlaşdırmaq lazımdırsa, onda şənbə və bazar günləri də işləyirsən. Mən bilirəm ki, onu yerinə yetirmək lazımdır”, - o, vurğulayıb.

Belarus lideri etiraf edib ki, işdən istirahət etməyə vəziyyətin dəyişməsinin köməyi ilə üstünlük verir. “Bu harasa dənizə getmək deyil. Yaxud mən hansısa dağda olmuşam. Mən artıq üç gündür canavar təki ulayıram. Mən evdə daha yaxşı istirahət edirəm. Bunun üçün mənə idman, insanlarla görüş kömək edir. Bu gərgin işdən sonrakı gərgin həngaməyə gömək edir”, - Lukaşenko söyləyib.

O, prezident üçün vacib olan keyfiyyətlərdən də danışıb: “Prezident təcrübəli, təhsilli olmalıdır, ən başlıcası o, düşünməyi bacarmalıdır. Ona təklif veriləndə onun “kompüteri” informasiyanı emal etməlidir, ani qərar vermək lazımdırmı, əgər ehtiyac yoxdursa, hansı zaman kəsiyində bunu etmək lazımdır. Ona görə ki, həyat sürətlənib, çox tez qərar vermək lazımdır”, - Belarus lideri qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}