Bu gün Ümumavropa Qarabağ mitinqi keçiriləcək
Tarix: 23-02-2019 10:21 | Bölmə: Siyasət
Bu gün Ümumavropa Qarabağ mitinqi keçiriləcək

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək.


Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa qayıtmaq istəyirik!,” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Bu gün Ümumavropa Qarabağ mitinqi keçiriləcək

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}