20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
13:01 / 26-04-2024
Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"
12:48 / 26-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:43 / 26-04-2024
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
İlyas İsmayılov: “Xalq hakimiyyətə inanmır, ona etibar etmək hissini itirir”
Tarix: 28-02-2019 16:31 | Bölmə: Siyasət
“Ciddi, sistemli islahatlar üçün öncə hakimiyyətin korrupsiyaya qarşı mübarizə siyasətində əsaslı dönüşlər edilməli, görüntü xarakterli addımlardan real işə keçilməlidir. Çox dəhşətli haldır ki, artıq Azərbaycanda oğru və korrupsionerlər özlərini “cəmiyyətin elitası” saymağa başlayıblar. Əgər bir cəmiyyətin elitası oğru və korrupsionerlərdən ibarət olacaqsa, onun hansı gələcəyindən söhbət gedə bilər, orada hansı effektiv islahatlardan danışmaq mümkündür?!”.
Reyting.az-ın xəbərinə görə, bu fikirləri Strateq.az-a açıqlamasında Ədalət Partiyasının sədri, respublikanın sabiq prokuroru İlyas İsmayılov son vaxtlar hakimiyyətin elan etdiyi “sürətli islahatlara başlamaq” kursunun nə dərəcədə effektiv olub-olmamasıyla bağlı suala cavab verərəkən deyib.
İlyas İsmayılov xüsusi vurğulayıb ki, fundamental islahatlar üçün öncə cəmiyyətdə siyasi inam yaradılmalı və bu məqsədlə də xüsusilə dövlət aparatını sarsmış korrupsiyaya qarşı ciddi mübarizənin aparıldığı iradəsi ortaya qoyulmalı, korrupsioner imicli rəhbər vəzifəli şəxslər işdən kənarlaşdırılmalıdır: “Əgər korrupsiyaya qarşı mübarizə aparmalı olanların özlərinin malik olduqları sərəvətin mənbəyi korrupsiyadırsa, korrupsiya mövcud sistemin dayanıqlılıq motivinə çevrilibsə və ölkənin “siyasi elitası” sayılan şəxslərin də əksəriyyəti cəmiyyətdə korrupsioner olaraq qəbul edilirlərsə, belə bir idarəetmə komandası korrupsiya ilə necə mübarizə apara və ya hansı islahat həyata keçirə bilər? Korrupsiya ilə əsaslı və sistemli mübarizə üçün, ilk növbədə, idarəetmə aparatında ciddi dəyişikliklər edilməli, bulaşıq imicli rəhbər kadrlar təmiz, vicdanlı, dürüst şəxslərlə əvəzlənməli, bu zaman da qohumçuluğa, yerlibazlığa qətiyyən yol verilməməlidir. Yalnız bundan sonra cəmiyyətdə hakimiyyətin siyasətinə inam yaranar və bu inam da ciddi islahatlar üçün yaxşı bünövrə olar”.
İ. İsmayılov deyib ki, dünyanın mütərəqqi ölkələrinin korrupsiyaya qarşı sınaqdan çıxarılmış mübarizə təcrübəsi var və örnək olaraq, dəfələrlə bu ölkələrin təcrübəsindən yararlanmağı qabartsa da, hakimiyyət onun təkliflərinə əhəmiyyət verməyib:
“Əvvəla, ölkənin birinci şəxsindən tutmuş axıra qədər hər bir hakimiyyət nümayəndəsi gəlirləri barədə deklarasiya verməlidir. Bizdə isə 2005-ci ildə qəbul edilmiş qanun hələ də icra edilmir. Soruşan da yoxdur ki, buna görə kim məsuliyyət daşıyır?
Daha sonra, hər bir məmur xərcləri barədə də deklarasiya təqdim etməlidir. Onda məlum olar ki, onun xərcləri gəlirlərinə nə dərəcədə adekvatdır? Təəssüf ki, bu haqda heç qanun da qəbul etmirlər.
Eyni zamanda, məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən cinayət qanunu da qəbul edilməlidir. Ancaq görürük ki, məhz o “korrupsioner elita” belə bir qanunun qəbul edilməsinə mane olur.
Nəhayət, bu bəla ilə mübarizə inhisarçılığın aradan qaldırılmasını tələb edir. Baxmayaraq ki, hələ 2006-cı ildə Rəqabət Məcəlləsi parlamentdə ilk oxunuşda müzakirəyə çıxarılıb, ancaq hələ də onun qəbuluna imkan verilmir.
Əgər bu sadaladıqlarım yoxdursa, korrupsiyaya qarşı hansı effektli mübarizədən və ciddi islahatlardan söhbət gedə bilər?”
İ. İsmayılov hesab edir ki, ölkəmizdə korrupsiya artıq xroniki xarakter alıb və bu, yaxın gələcəkdə çox böyük fəsadlara yol aça bilər: “Korrupsiya həyatımızın bütün sahələrinə, habelə xalqın şüuruna təcavüz edərək, orada kök salıb. Əhali seyr edir, dedi-qodu, hiddət və qəzəblə kifayətlənir, fikrini demək üçünsə kütləvi aksiyalara icazə verilmir. Korrupsiyanın belə dözülməz hal alması və artan siyasi-iqtisadi gərginlik, gec-tez, hakimiyyətlə xalqın qarşılıqlı münasibətlərində ciddi fəsadlar verəcək. Axı yalanla, görüntü yaratmaqla hara qədər getmək olar? Bu yalanlardan doyan xalq artıq hakimiyyətə inanmır, ona etibar etmək hissini itirir. Mən deyərdim ki, məhz korrupsiya bu hakimiyyətin siyasi və mənəvi korroziyasının əsas səbəbidir”.
İ. İsmayılov hesab edir ki, xalqın dözülməz vəziyyətinin başqa bir səbəbi korrupsiyanın nəticəsi olaraq istehlak mallarının sürətlə bahalaşması, əlçatmaz olması, dövlət orqanlarının yüksək məbləğdə cərimələri, varlılarla kasıblar arasında təminat mənasında uçurumun daha da dərinləşməsidir: “Bütün dünya indi Çinin inkişafından danışır. Ancaq Çinin bu uğurlarının əsas səbəblərindən biri məhz korrupsiya ilə mübarizənin təşkilidir. Çinlilər bu mübarizəni sinfi mübarizə, başqa sözlə, ölüm-dirim savaşı səviyyəsinə qaldırıblar… Bizdə də belə olmalıdır – cəmiyyətin problemləri ciddi şəkildə öyrənilməli, tədqiq edilməli və onların həllində hamılıqla – hakimiyyətlə xalq birgə, əl-ələ verərək iştirak edilməlidir. Yeri gəlmişkən, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi yaratdılar və deputat Zahid Orucu da onun rəhbəri təyin etdilər. Mən Zahid Orucu yaxşı tanıyıram – öz üzərində çalışan, xalq üçün nəsə etmək istəyən adamdır, əminəm ki, o, cəmiyyətimizdəki bu sadaladığım problemlərin hamısını çox yaxşı bilir və fəaliyyətində korrupsioner məmur korpusunun deyil, xalqın maraqlarını əsas tutaraq, cəmiyyətimizdəki bu problemlərin doğru-dürüst Prezidentə çatdırılmasında ortaya nümunəvi və cəsarətli mövqe qoyacaq”.
Hakimiyyətin ictimai fikrə məhəl qoymadığını vurğulayan İ. İsmayılov onu da bildirib ki, cəmiyyətdəki problemləri etiraf etmək əvəzinə, onları gizlətmək, dilə gətirənlərin ağzından vurmaq siyasətinin həyata keçirilməsi də indiyədək ölkənin inkişafının qarşısını kəsən amillərdən olub: “Təəssüf ki, hakimiyyət cəmiyyətin içərisindən gələn ağıllı sözləri, təklifləri dinləmək istəmir. Bu da idarəedənlərin təkəbbüründən, xarakterindən qaynaqlanır. Nə qədər ki insanlara geniş hüquqlu vətəndaş deyil, rəiyyət, təbəə kimi baxılacaq, onların fikirləri dinlənilməyəcək, bu ölkədə həmişə problemlər olacaq və bu problemlər qar topası kimi böyüyərək bir gün hakimiyyətin çox öyündüyü sabitliyi də alt-üst edəcək. Əgər hakimiyyət bu xalqın, dövlətin gələcəyini düşünürsə, təkəbbürü yerə qoyub, cəmiyyətə açılmalı, siyasi mövqeyindən asılı olmayaraq, cəmiyyətdən gələn bütün ağıllı təklifləri qəbul etməyi bacarmalıdır”.
Qeyd edək ki, İ.İsmayılov fikirlərinin sonunda hakimiyyətdəkilərə L.N. Tolstoyun məşhur “İnsana çoxmu torpaq lazımdır?” adlı hekayəsini oxumağı da tövsiyə edib: “Bu əsərin qəhrəmanı Paxom adlı acgöz, tamahkar, həris bir kişidir. O, çoxlu torpaq almaq azarına tutulur və istədiyi qədər də torpaq alır. Qərara gəlir ki, günəş batana qədər aldığı torpaqların ətrafında qaçıb dövrə vursun. Ancaq Paxom kişinin bu arzusu ürəyində qalır: gün batmamış, elə günorta vaxtı taqətdən düşüb yıxılıb ölür. Aldığı bu boyda torpaqdan ona cəmi 2 metrlik yer lazım olur – o da dəfni üçün… Mən çox istərdim ki, indi özlərini “cəmiyyətin elitası” sayan bu acgöz, korrupsioner hakimiyyət nümayəndələri bu hekayəni oxuyub, nəticə çıxarsınlar: heç kim Paxom kimi, 2 metrdən çox yer apara bilməyəcək”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:43
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
Bu gün, 16:11
Azərbaycanda partiya rəhbəri həbs edilib
Bu gün, 08:56
Moskva Avropa Parlamentinə seçkilərə müdaxilə edir?
Dünən, 17:55
Papa Fransisk Putinə mesaj göndərib
Dünən, 15:08
"Azərbaycanda respondentlərin 74,9%-i "TikTok"a məhdudiyyətlərin tətbiq edilməsini istəyir"
24-04-2024, 15:12
Ələsgər Məmmədlinin sağlıq durumu pisləşir
24-04-2024, 12:18
YAP-çı deputat Rəsul Quliyevin müdafiəsinə qalxıb
24-04-2024, 11:42
Müsavat Partiyası növbəti qurultaya hazırlaşır
24-04-2024, 09:45
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı daha bir qərar çıxarılıb
23-04-2024, 17:14
Paşinyan Ermənistan-Azərbaycan arasında ilk sərhəd dirəyinin fotosunu paylaşıb - Foto
23-04-2024, 15:10
Azadlıq Partiyası ləğv olunub? - Açıqlama
23-04-2024, 15:00
Vüqar Səfərli ilə sabiq icra baçısı əfv üçün müraciət edib
23-04-2024, 14:57
Ceyhun Bayramov Çexiya baş naziri ilə görüşüb
23-04-2024, 10:47
Səadət Bənənyarlı: "Qubad bəyin ev dustaqlığına buraxılmasını yüksək qiymətləndirirəm"
23-04-2024, 10:35
Rəsmi Tehrandan 4 kəndin geri qaytarılmasına reaksiya: "Bu, sülhün bərqərar olması üçün zəruridir"
23-04-2024, 08:42
NATO Polşada nüvə silahı yerləşdirə bilər
23-04-2024, 08:04
Baş katibi gərgin görüşlər gözləyir
22-04-2024, 16:57
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
22-04-2024, 16:22
Deputat Cenevrədə Azərbaycanı təmsil edəcək
22-04-2024, 14:28
Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək
22-04-2024, 13:54
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
22-04-2024, 12:21
Paşinyan delimitasiya komissiyasının nəzdində işçi qrup yaradıb
22-04-2024, 10:39
“Stratfor”: Ermənistanla münasibətlərin normallaşması Türkiyəni Cənubi Qafqazda gücləndirəcək
20-04-2024, 15:44
Ceyhun Bayramov İran səfiri ilə görüşüb
20-04-2024, 09:46
Sülhməramlıların Qarabağı tərk etməsi separatçı ermənilərin narahatlığına səbəb olub
20-04-2024, 00:37
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
19-04-2024, 16:00
Ədalət Məhkəməsində Azərbaycanın tələbi ilə ictimai dinləmələr keçirilib
19-04-2024, 15:29
Ceyhun Bayramov Fələstinin baş naziri ilə telefonda müzakirə aparıb
19-04-2024, 15:11
Türkiyə XİN: "İran-İsrail gərginliyi daimi münaqişəyə çevrilə bilər"
19-04-2024, 11:34
Deputat Milli Məclisdə: "Sülhməramlıların Qarabağdan çıxarılması..."
19-04-2024, 09:37
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
18-04-2024, 16:15
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
18-04-2024, 15:46
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
18-04-2024, 14:29
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"