Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə görüşdü
Tarix: 05-03-2019 16:57 | Bölmə: Siyasət
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə görüşdü

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev martın 5-də Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Reyting.az bildirir ki, bu barədə icmanın rəhbəri məlumat verib.

"Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ilə birgə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır", - Tural Gəncəliyev deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}