23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Polis Müsavatın ümumi yığıncağına müdaxilə edib - Kürdəmir
Tarix: 25-03-2019 14:42 | Bölmə: Siyasət
Polis Müsavatın ümumi yığıncağına müdaxilə edib

Martın 24-də Müsavat Partiyasının Kürdəmir rayon təşkilatının ümumi yığıncağına müdaxilə olub.

Müsavat Partiyasının mətbuat xidməti partiya başqanının müavini Səxavət Soltanlıya istinadən bildirir ki, konfrans keçirilən məkana polis müdaxilə edib.

"Rayon təşkilatının ofisi olmadığına görə məcburiyyətdən yerli çayxanaların birində toplantı keçirilib. Tədbirin başlamasından bir az sonra növbəti qurultaya nümayəndələrin namizədliyi verildikdən sonra, çıxışlar başlayar-başlamaz yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin məkana daxil oldular. Onlar bir neçə dəqiqə çıxışları dinlədikdən sonra obyekt sahibi bizə yaxınlaşdı və bildirdi ki, buranı boşaltmalısınız. Müsavatçılar məcbur olaraq məkanı boşaltdılar. Daha sonra iclası açıq havada davam etdirməli olduq", - deyə Səxavət Soltanlı bildirib.

"Ölkə başçısının siyasi islahatlara ehtiyac olduğunu bildirməsinə baxmayaraq, Müsavat Partiyasının yerli təşkilatları üçün ofislər təşkil etmək əvəzinə, bizə çayxanalarda belə toplaşmağa imkan verilmir. Açıq havada da olsa, partiya nizamnaməsinə əməl etməklə növbəti qurultaya nümayəndələr seçildi. Ayaq üstdə olsa da, üzvlərimizlə söhbətləşib məlumat mübadiləsi etdik, ölkədə və regionda baş verən vacib hadisələr haqqında fikir mübadiləsi apardıq", - deyə S. Soltanlı əlavə edib.

Hüquq-mühafizə orqanları Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına hələ ki, münasibət bildirməyib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}