Türkiyədəki seçkinin qalibləri müəyyənləşir
Tarix: 31-03-2019 23:56 | Bölmə: Siyasət
Türkiyədəki seçkinin qalibləri müəyyənləşir

Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçki qutularının artıq 85 faizi açılıb.

Səsvermənin ilkin nəticələrinə görə, Ankara, Antalya, İzmirdə Cümhuriyyət Xalq Partiyası (CHP) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyub.

Ankara - CHP 50.31 faiz, AKP 47.45 faiz

Antalya - CHP 50.70 faiz, AKP 46.61 faiz

İzmir - CHP 58.15 faiz, AKP 38.29 faiz

Hakim Ədalət və İnkişaf Partiyası İstanbulda CHP-ni cüzi faizlə üstələyir. Bu şəhərdə AKP 48.90, CHP isə 48,48 faiz səs alıb.

Manisada isə Milliyyətçi Hərəkat Partiyası 53.70 faizlə qalib gəlir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}