Məzahir Pənahov ABŞ-da prezident seçkilərini izləyəcək
Tarix: 08-11-2016 11:23 | Bölmə: Siyasət


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə səfər edib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. Seçki günü həmçinin, MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə etməsi də nəzərdə tutulur.

ABŞ səfəri zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}