Səfir partiya sədrinin təklifini qəbul edib
Tarix: 06-12-2016 15:06 | Bölmə: Siyasət

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda partiya sədrinin Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezlə görüşü və Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən "Azadlıq fədaisi” mükafatının təsis edilməsi məsələləri müzakirə olunub.

Reyting.az-ın xəbərinə görə, ALDP sədri xanım Orelia Buşezla görüşdə ölkədə ictimai-siyasi proseslərdən, Azərbaycan-Fransa münasibətlərin möhkəmlənməsi, keçirilən referendum və vətəndaşların hüquqlarının pozulması məsələlərinin müzakirə edildiyini toplantı iştrakçılarına məlumat verib.

F.Əliyev onu da qeyd edib ki, onun ABŞ və Avropa səfərləri də fransalı diplomatın marağında olduğundan bu mövzuya da toxunulub.

Daha sonra xanım səfir iqtidar-müxalifət dialoqundan, vətəndaş cəmiyyətlərin durumundan, Azərbaycanın Avrointegrasiyası ilə bağlı ALDP sədrinə suallar verib.

İclasda ALDP sədri Fuad Əliyev insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə "Azadlıq fədaisi” mükafatının təsis edilməsini təklif edib.

Təklif qəbul olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}