Milli Şura mitinqin vaxtını dəyişib
Tarix: 05-04-2017 14:38 | Bölmə: Siyasət


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 9-da mitinq keçirməsinə razılıq verməyib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, BŞİH aksiyanın aprelin 8-də keçirilməsini təklif edib.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

Birliyin üzvü, AXCP sədri Əli Kərimli "Turan”-a açıqlamasında demişdi ki, mitinqlə bağlı BSİH-ə müraciət ediblər.

O, mitinqin təşkilatçılarının Milli Şuranın üzvləri – hüquqşünas Namizəd Səfərov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, hüquq müdafiəçisi Oqtay Gülalıyev, AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynli olduğunu bildirib.

Əli Kərimli mitinqin şüarının da bəlli olduğunu deyib. Şüar "Korrupsiyaya son, Monarxiyaya yox!”, "Siyasi məhbuslara azadlıq!”, – olacaq.

Milli Şura aprelin 9-u saat 15:00-da Bakıda "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda mitinq keçirməyi qərarlaşdırmışdı.

Meydan TV Bakı Şəhər İcra Hakimiyyətinin təklifilə əlaqədar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə əlaqə saxlayıb.

Ə.Kərimli bildirib ki, Milli Şura aprelin 9-na təyin edilmiş mitinqin vaxtını dəyişərək, aprelin 8-də keçirilməsinə qərar verib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}