23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Həmsədrlər yenidən regiona gəlir
Tarix: 30-05-2017 15:20 | Bölmə: Siyasət

ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.

News.am-ın məlumatına görə, bu barədə İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-nın baş katibi Lamberto Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib.

Səfərin yaxın 10 gün ərzində baş tutacağı gözlənilir. Həmsədrlər İrəvana, oradan isə Xankəndinə səfər edəcəklər.

E.Nalbandyan bildirib ki, həmsədrlərin səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif olarsa, xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər.

Qeyd edək ki, həmsədrlər regiona səfər çərçivəsində Bakıya da gələcəklər.(Mənbə:APA)





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}