Rusiya Türkiyəyə qarşı sanksiyanı ləğv edib
Tarix: 31-05-2017 13:49 | Bölmə: Siyasət


Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyanı tam şəkildə aradan qaldırıb.

Bu barədə Rusiya prezidenti Putin bu gün sərəncam imzalayıb.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayının 24-də Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından 4 gün sonra Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi haqda sərəncam imzalamışdı.

Rusiya liderinin 2015-ci ilin noyabrın 28-i imzaladığı sanksiyalara dair sərəncama əsasən, Türkiyədən Rusiyaya gələn bəzi məhsuallara məhdidyyətlər qoyulması, habelə Rusiya şirkətlərinə türk işçilərin dəvət edimləsi və Rusiyada işləyən türklərin müqavilələrinin uzadılması da qadağan edilmişdi.

Sənəddə həmçinin Rusiyadan Türkiyəyə bütün çarter uçuşlarının dayandırılmasına və Rusiyanın turizm şirkətlərinin Türkiyədə istirahət üçün turist vəsiqələrinin satışına son qoyulmuşdu.

 

 





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}