ABŞ dövlət katibi: “Cənub Qaz Dəhlizi” layihəsinə bundan sonra da dəstək verəcəyik”
Tarix: 10-07-2017 13:13 | Bölmə: Siyasət

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı "Cənub Qaz Dəhlizi” layihəsi iləbağlı müzakirələr aparılıb.

Dövlət başçısı "Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.

R.Tillerson isə qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə "Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.

ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.

Söhbət zamanı, həmçinin ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}