ATƏT Qarabağ münaqişəsinin həllinə töhfə verməyə davam edəcək
Tarix: 01-02-2018 13:33 | Bölmə: Siyasət
ATƏT Qarabağ münaqişəsinin həllinə töhfə verməyə davam edəcək

"Bizim birgə səylərimizlə ATƏT Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı ATƏT sədri ilə görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə etdiklərini söyləyib: "Bizim birgə səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin qarşısını almağa töhfə verməyə, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı Cenevrə müzakirələrinə sədrlik etməyə davam edəcək.

ATƏT eləcə də, Balkanlarda işləməyə davam edəcək. Hər şeydən öncə biz ATƏT-in Kosovoda aktiv rol oynamasını görmək istəyirik".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}