Partiya sədrinin imzatoplama kampaniyası yekunlaşıb
Tarix: 06-03-2018 20:04 | Bölmə: Siyasət
Partiya sədrinin imzatoplama kampaniyası yekunlaşıb

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Fuad Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası başa çatıb.

Bunu ALDP Mərkəzi Seçki Qərargahın (MSQ) üzvü Balaş Əliyev ALDP sədri Fuad Əliyevlə görüşdə bildirib.

ALDP-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Balaş Əliyev bildirib ki, ALDP Fuad Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin müdafiəsi üçün 69 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib və kampaniyanı başa çatdırıb.

ALDP MSQ toplanan imzalarla bağlı bir daha dəqiqləşdirmələr apardıqdan sonra sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}