Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır
Tarix: 23-03-2018 11:04 | Bölmə: Siyasət
Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı “Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb. “RİA Novosti” xəbər verir ki, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven məlumat verib.

“Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}