Ermənistanda vəziyyət gərginləşib – Parlament binası mühasirəyə alınır - Yenilənib
Tarix: 16-04-2018 20:24 | Bölmə: Siyasət
Ermənistanda vəziyyət gərginləşib – Parlament binası mühasirəyə alınır

Ermənistanın paytaxtı Yerevan şəhərində Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı çıxan etirazçılarla polis arasında baş vermiş qarşıdurmada xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Rusiya KİV-ləri xəbər verir ki, tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

==

Son məlumata görə, İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, müxalifət fəalları artıq bir neçə küçə və prospekti bağlamağa müvəffəq olublar.

Müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyan qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq davranırlar. Parlament binasının yaxınlığına çox sayda polis cəlb olunub.

Bundan əvvəl N.Paşinyan etirazçıların aprelin 17-ə olan hərəkət planını açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq məqsədilə parlamentin yaxınlığında bütün küçələrin bağlanmasına cəhd edəcəklər.

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Ermənistanda vəziyyət gərginləşib – Parlament binası mühasirəyə alınır

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}