Sahil Babayevin 8 müşaviri olacaq
Tarix: 11-05-2018 09:33 | Bölmə: Siyasət
Sahil Babayevin 8 müşaviri olacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda struktur islahatları həyata keçirib.

Məlumata görə, nazirin qərarı ilə ƏƏSMN-də 8 müşavir postu yaradılıb. Artıq həmin müşavir postlarının bəzilərinə təyinatların olduğu da bildirilir.

Qeyd edək ki, bu vaxta qədər nazirlikdə nazirin 4 müavini və 1 müşaviri vəzifəsi mövcud olub. Müşavir vəzifəsini isə Yalçın Müslümov tutub.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}