Saakaşvili Amsterdamda necə yaşayır: "Anam kömək edir" - Fotolar
Tarix: 22-10-2018 14:06 | Bölmə: Siyasət
Saakaşvili Amsterdamda necə yaşayır: "Anam kömək edir"

“1+1” telekanalının “Ukrayna sensasiyaları” proqramının jurnalistləri Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq rəhbəri, Ukraynadan qovulandan sonra Amsterdamda yaşayan Mixail Saakaşvilinin qonağı olublar.

Reyting.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Saakaşvili deyib ki, ərzağı yerli supermarketdən alır, idman zalına gedir və şəhərdə velosipedlə hərəkət edir.

Saakaşvili Amsterdamda necə yaşayır: "Anam kömək edir"

Onun və ailəsinin maliyyə problemi yaranda isə, Saakaşvili gizlətməyib, deyib ki, ona artıq 71 yaşı oolan anası Qiuli Alasaniya kömək edir.

Sosial şəbəkədəki məlumata görə, o, gürcü tarixçisidir, tarix elmləri doktorudur, Gürcüstanın orta əsrlər üzrə mütəxəssisi, türkoloqdur.

Saakaşvili Amsterdamda necə yaşayır: "Anam kömək edir"

- O, kifayət qədər yüksək əməkhaqqı alır. Buna görə özünü, Gürcüstanda olan həyat yoldaşımı və oğlumu saxlayır, hətta bəzən bir az da mənə yardım edir, - Saakaşvili söyləyib.

Keçmiş prezident əlavə edib ki, Amsterdamda kommunal xidmətlər ona ayda 300-350 avroya, əgər yır-yığış da üstünə gəlirsə, 400 avroya başa gəlir.

Saakaşvili Amsterdamda necə yaşayır: "Anam kömək edir"

O, ukraynalıları çox sevdiyini vurğulayaraq, Ukraynanın gələcəkdə potensial güclü Avropa ölkəsi olacağına inandığını da bildirib.

Mixail Saakaşvili 2004-cü ilin yanvar ayından 2007-ci ilin noyabr ayına və 2008-ci ilin yanvar ayından 2013-cü ilin noyabr ayına qədər Gürcüstanın prezidenti olub. Sonradan ona qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb.

2018-ci ilin əvvəlində onu Sandro Qirqvlianinin öldürülməsi işi üzrə 3 il qiyabi azadlıqdan məhrum ediblər.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}