12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Putin təyyarədə uçanda nə ilə məşğul olur? - Açıqlama
Tarix: 18-11-2018 23:15 | Bölmə: Siyasət
Putin təyyarədə uçanda nə ilə məşğul olur?

Rusiya prezidenti ənənəvi olaraq ölkə daxilində və xaricə çox sayda səfərlər edir.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Vlsadimir Putinin təyyarədə uzun müddətli uçuşları zamanı nə işlə məşğul olduğu açıqlanıb.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Rusiya-1”in “Moskvaş Kreml. Putin” proqramında bu haqda danışıb.

“O, onun ünvanına daxil olan sənədlərlə işləyir. Axı hər gün prezidentin mətbuat xidmətinə və administrasiyaya daxil olan sənədlər – fərmanlar, sərəncamlar əvvəlcə prezident tərəfindən imzalanmalıdır”, - Kremlin nümayəndəsi açıqlayıb.

Peskov əlavə edib ki, prezident bəzən onun üçün hazırlanan televiziya xülasələrini izləyir, kütləvi informasiya vasitələrinin xülasəsini oxuyur.

Bədii kitabların oxunmasına gəldikdə, Peksovun sözlərinə görə, prezidentin buna çox az vaxtı olur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib