Müxalifətin mitinqi insidentsiz başa çatıb - Fotolar
Tarix: 19-01-2019 18:50 | Bölmə: Siyasət
Müxalifətin mitinqi insidentsiz başa çatıb

Bu gün Bakıda Demokratik Qüvvələrin Milli Şurasının şəhər rəhbərliyi ilə razılaşdırılmış mitinqi keçirilib.

Aksiya saat 15.00-da, Yasamal rayonundakı "Məhsul" stadionunda baş tutub.

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat, ReAl partiyalarının fəalları, eləcə də ReAl sədri İlqar Məmmədov, AXCP lideri Əli Kərimli, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və digər şəxslər iştirak ediblər.

Çoxsaylı etirazçının iştirak etdiyi mitinqin əsas tələbi bloqçu Mehman Hüseynov və digər siyasi məhbus saydıqları şəxslərin azadlığa buraxılması olub.

Mitinqdə "Mehman Hüseynova azadlıq!", "Azərbaycan xalqına azadlıq!", "İstefa!", “Siyasi məhbuslara azadlıq!" kimi şüarlar səsləndirilib.

Aksiya başa çatdıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.

İdarə bildirir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib:

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".

Müxalifətin mitinqi insidentsiz başa çatıb
Müxalifətin mitinqi insidentsiz başa çatıb
Müxalifətin mitinqi insidentsiz başa çatıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}