Prezidentlər etiraz edir: Referendum narazılığa səbəb olub
Tarix: 25-09-2017 10:42 | Bölmə: Siyasət
Prezidentlər etiraz edir: Referendum narazılığa səbəb olub

İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referenduma start verilib.

Reyting.az-ın xəbərinə görə, “Röyter” bölgədəki bütün seçki məntəqələrinin açıldığını yazıb.

Seçici siyahısında 3 milyon seçicinin adı var. Onların səs verməsi üçün 6846 seçki məntəqəsi yaradılıb.

Qeyd edək ki, İsrail istisna olmaqla, bütün dövlətlər referenduma qarşıdır.

İran İraqın mərkəzi hakimiyyətini tamamilə dəstəkləyir.

Bu barədə İran prezidenti Həsən Ruhani İraqın baş naziri Heydər Abadi ilə telefon danışığı zamanı bildirib.

Ruhani ölkəsinin İraqın ərazi bütövlüyünə qarşı istənilən addımın əleyhinə olduğunu qeyd edib.

Heydər Abadi isə öz növbəsində İran prezidentinə İraq Kürd Muxtariyyətinin keçirəcəyi müstəqillik referendumu ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə ölkəsinin adından təşəkkürünü bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İran prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı İraq Kürd Muxtariyyətində keçirilən referendumu müzakirə ediblər.

İki lider referendumun bölgədə xaosa yol açacağını qeyd edərək, İraqın bütövlüyünün vacib olduğunu vurğulayıblar.

Qeyd edək ki, İraq Kürd Muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirir.(Mənbə: Axar.az)



184 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər