Türkiyə ordusu terrorçulara qarşı "Zeytun budağı” əməliyyatına başlayıb - Baş Qərargah
Tarix: 20-01-2018 18:13 | Bölmə: Siyasət
Türkiyə ordusu terrorçulara qarşı "Zeytun budağı” əməliyyatına başlayıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir ki, Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb.

Bildirilir ki, əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}