Müğənni Rəqsanə iş ortaqlarına kələk gəlib – Qalmaqal
Tarix: 22-09-2018 10:46 | Bölmə: Şou-biznes / Xəbərlər
Müğənni Rəqsanə iş ortaqlarına kələk gəlib

Jurnalist Ülviyyə Alovlu müğənni Rəqsanə İsmayılova ilə işbirliyinə qalmaqallı şəkildə son qoyub.

Buna səbəb sənətçinin jurnalistin zəhməthaqqını verməməsidir.

Ü. Alovlu KİV-lərə bildirb ki, Rəqsanə ilə çalışdıqdan sonra onun bir çox sirrini öyrənib:

"Bütün jurnalist həmkarlarıma, musiqiçilərə, konsert salonlarına, konfrans zallarına və ümumiyyətlə, sənətlə, musiqi ilə bu və ya digər formada əlaqəsi olan hər kəsə müraciət edirəm: pulu öncədən qəpiyinədək almadan Rəqsanə İsmayılova ilə heç bir iş görməsinlər. Bu insan, beş aydır ki, min vəd versə də, görülən işin qonorarını ödəmir.

Əslində bu qadınla ömründə iş görməzdim. Amma onun üçün müraciət edən aparıcı Fira (Firuzə Cəlilova - red.) oldu. Ölkədə daha heç kim onunla işləmirdi. Çünki bütün media ilə məhz pul məsələlərinə görə problem yaşamışdı. Fira o pulu şəxsən özünün ödəyəcəyinə söz verdi. Amma ödəniş günü çatanda Fira da Rəqsanə kimi geri çəkildi. Dedi ki, Rəqsanə ona da “atıb”.

Hələ bu azmış kimi, mənim Rəqsanənin işlərini gördüyümü öyrənən borc sahibləri də məni narahat etməyə başladı.Sən demə, bunun illərdir paltar alverçilərindən tutmuş kirayə maşın salonlarına qədər hamıya borcu var imiş.Bunun heç şəxsi maşını da yox imiş.Bu illər ərzində kirayə maşın götürüb sürürmüş.Hələ də birinə 5 min dollar borcu var”.

Ü. Alovlu qeyd edib ki, Rəqsanə yazdırdığı mahnılara və Türkiyədəki aranjimanlara görə bir hörmətli musiqiçiyə 4000 dollar borcludur: “Ona borcu qaytarmamaq üçün kimlərəsə zəng elətdirib, hədə-qorxu gəlib ki, həmin şəxs borcu unutsun”.

Ü. Alovlu sonda “Rəqsanəyə haqqımı halal etmirəm, haramı olsun",- deyib.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər