Magistraturaya boş qalan yerlərə müsabiqənin nəticələri elan olunub
Tarix: 23-08-2023 15:14 | Bölmə: Cəmiyyət
Magistraturaya boş qalan yerlərə müsabiqənin nəticələri elan olunub

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Reyting.az
xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2900 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 1055 nəfər (o cümlədən 150 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}