Yanacaqdoldurma məntəqəsində yanğının qarşısı alınıb - Video
Tarix: 31-10-2023 08:56 | Bölmə: Cəmiyyət
Yanacaqdoldurma məntəqəsində yanğının qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstülənmənin qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanğınsöndürmə məntəqəsi mümkün yanğın-partlayış təhlükəsindən qorunub.





Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}