Məşhur mafiya atası kamerasında ölü tapılıb
Tarix: 30-10-2018 23:45 | Bölmə: Cəmiyyət / Xəbərlər
Məşhur mafiya atası kamerasında ölü tapılıb

Dünyaca məşhur mafiya atası Ceyms Vhitey Bulger Vest Virciniyadakı həbsxanada ölü tapılıb.

Reyting.az xəbər verir ki, 89 yaşlı Bulgerin həyatından The Departed (Köstəbək) filmi çəkilib.

ABŞ-da həyatı filmlər üçün mövzu olan məşhur mafiya atası Floridadakı bir həbsxanadan Vest Virciniyada zindanına köçürüldükdən qısa bir müddət sonra kamerasında ölü tapılıb.

ABŞ Federal İstintaq Bürosu (FBI) tərəfindən 16 ildir axtarılan "Vhitey ləqəbli mafiya atası, 2013-ci ildə 11 cinayətdən məhkum olunmuşdu. Bulgerin niyə öldüyü isə hələ açıqlanmayıb, ABŞ Federal İstintaq Bürosunun (FBI) hadisə ilə əlaqədar istintaq başlatdığı bildirilir.

Bostondakı İrlandiya mafiyasının liderlərindən Bulgerin həyatı, The Departed (Köstəbək) və Black Mass (Qara nizam) kimi bir çox filmə mövzu olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}