Sumqayıtda fəhlə qumun altında qalaraq ölüb - Yenilənib
Tarix: 18-01-2024 14:26 | Bölmə: Cəmiyyət
Sumqayıtda fəhlə qumun altında qalaraq ölüb

Sumqayıtda 47 yaşlı fəhlə faciəli şəkildə ölüb.

Reyting.az
xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində tikinti şirkətində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır(Report).

***

Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}