Kamran Əliyev: "Binəqədidə baş verən yanğınla bağlı istintaq tədbirləri davam etdirilir"
Tarix: 20-01-2024 11:22 | Bölmə: Cəmiyyət
Kamran Əliyev: "Binəqədidə baş verən yanğınla bağlı istintaq tədbirləri davam etdirilir"

"Binəqədi rayonunda baş verən yanğında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Binəqədidə baş verən yanğında 9 nəfər dünyasını dəyişib, yaralılar var: "Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Baş prokuror bildirib ki, Cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hal-hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğınla bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qayda da Pernital Mərkəzdə baş verən yanğınla bağlı məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırd istintaq davam edir"(Report).




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}