13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
Qubada ağır yol qəzası: 5 nəfər xəsarət alıb
Tarix: 05-02-2024 11:05 | Bölmə: Cəmiyyət
Qubada ağır yol qəzası: 5 nəfər xəsarət alıb

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

Məlumata görə, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:06 Sabah yağış yağacaq
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb