8 vəkil cəzalandırılıb
Tarix: 27-02-2024 13:03 | Bölmə: Cəmiyyət
8 vəkil cəzalandırılıb

Vəkillər Kollegiyasında keçirilən İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə işlərə baxılıb.

Reyting.az
kollegiyaya istinadla xəbər verir ki, cari ilin fevral ayının 23-də Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

İclasda 21 müraciət əsasında (onlardan 3 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 5 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə 8 intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, 2 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, 2 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması ilə bağlı rəylər qəbul olunub.

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 1-i məhkəmədən, 1-i isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}